Azərbaycanda zəlzələ oldu

Azərbaycanda zəlzələ oldu
Oxunma sayı: 3489

Azərbaycanda zəlzələ qeydə alınıb.

Bu barədə "Qafqazinfo" Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən yeraltı təkanlar yerli vaxtla saat 07:01-də Cəlilabad stansiyasından 31 km cənub-şərqdə, Masallı rayonunda qeydə alınıb. Zəlzələ 3 maqnitudada baş verib, zəlzələ ocağı 48 kilometr dərinlikdə yerləşib.

Yeraltı təkanlar hiss olunmayıb.