Azərbaycanda zəlzələ olub

azerbaycanda-zelzele-olub
Oxunma sayı: 1736

Bu gecə Şamaxıda zəlzələ baş verib.

"Qafqazinfo" Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, yeraltı təkan yerli vaxtla saat 02:44-də Şamaxı ərazisində, Pirquludan 22 kilometr cənub-qərbdə qeydə alınıb.

Ocağı 7 kilometr dərinlikdə yerləşən zəlzələ episentrə yaxın bəzi yaşayış məntəqələrində 3,0 bala qədər hiss olunub.