Azərbaycandakı bütün iranlı qadın məhkumlar təhvil verildi

azerbaycandaki-butun-iranli-qadin-mehkumlar-tehvil-verildi
Oxunma sayı: 1725

Yanvarın 19-da Azərbaycanda cəza çəkən 3-ü qadın olmaqla, 21 nəfər iranlı məhkum xüsusi karantin rejiminin tələblərinə əməl edilməklə öz ölkəsinə təhvil verilib.

Ədliyyə Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, bununla da Azərbaycanda cəza çəkən bütün iranlı qadın məhkumlar qarşı tərəfə təhvil verilib.

Son 5 ildə 136 məhkum qarşı tərəfə verilib, bununla yanaşı dövlətimizin humanist aktları ilə həmin dövrdə 100-ə yaxın iranlı məhkum fərdi qaydada Azərbaycan Prezidenti tərəfindən əfv olunub, qəbul edilmiş amnistiya aktları, o cümlədən Zəfər Günü münasibətilə elan olunmuş amnistiya və ya digər aktlarla vaxtından əvvəl cəzadan azad ediliblər.