Azərbaycandakı Fransa vətəndaşlarının 67 %-i Makrona səs verib

azerbaycandaki-fransa-vetendaslarinin-67-i-makrona-ses-verib
Oxunma sayı: 736

Azərbaycandakı Fransa vətəndaşlarının 67,02 %-i Emmanuel Makrona səs verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Fransanın Azərbaycandakı səfiri Zakari Qross öz tviter hesabında məlumat verib.

Onun sözlərinə görə, Bakıda aprelin 24-ü Səfirliyin səsvermə siyahısında qeydə alınmış 191 Fransa vətəndaşından 108-i səs verib.

Səfir bildirib ki, səsvermədə iştirak edən Fransa vətəndaşlarından 67,02 %-i Makrona, 32,98%-i isə Milli Birlik Partiyasının sədri Marine Le Penə səs verib.

Xatırladaq ki, E. Makron aprelin 24-ü keçirilən prezident seçkilərinin ikinci turunda qalib gələrək yenidən Fransa Prezidenti seçilib.