Azərbaycandakı İİV xəstələrinin sayı açıqlandı

azerbaycandaki-iiv-xestelerinin-sayi-aciqlandi
Oxunma sayı: 1332

2023-cü ildə QİÇS-lə Mübarizə Mərkəzində 9,3 min nəfər İİV-lə yaşayan şəxs qeydiyyatda olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir.

Bildirilib ki, 8,7 min İİV-lə yaşayan şəxs antiretrovirus terapiyaya cəlb edilib.

Hesabatda bildirilib ki, aparılan tədbirlər nəticəsində Azərbaycanda insan immunçatışmazlığı virusuna yoluxma səviyyəsi aşağı olan ölkələr sırasında qalmaqdadır.