Azərbaycandakı “mənfi sıfır” - Kuryoz

azerbaycandaki-menfi-sifir
Oxunma sayı: 1809

“Əminliklə demək olar ki, sıfırı mənfiləşdirməyi bizimkilərdən başqa dünyada heç kim düşünə bilməz. Bunun texniki və ya digər formada səhv olmasının əslində təhsil sistemi üçün əhəmiyyəti yoxdur. Reallıq budur ki, şagirdlər səhv informasiya alırlar”.

“Qafqazinfo” xəbər verir ki, bunu ekspert Vüqar Bayramov riyaziyyat fənni üzrə kitabda 0-ın qarşısında mənfi işarəsi qoyulması ilə bağlı yol verilən səhvə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, ötən gün televiziya kanalında orta məktəb dərsliklərindəki səhvlər ilə bağlı reportaj göstərilib: “Riyaziyyat fənni üzrə kitabda olan sual cavablarından biri çox qəribədir: – 0 (mənfi sıfır). Kitabın müəllifi danışır və deyir ki, onsuz da bu elə səhvdir ki, heç kimi çaşdırmaz. Belə ciddi səhvi müəllif çox adi hesab edir. Doğrusu, dərsiklərdə və eləcə də test kitablarında belə ciddi səhvlər adi hal alıb. Təəssüf ki, bu məsələyə heç bir nəzarət yoxdur. Halbuki belə səhvlərin səbəbləri araşdırılmalı və ciddi nəzarət formalaşdırılmalıdır. Heç zaman “mənfi sıfırla” rastlaşacağımı ağlıma belə gətirməmişdim”.

Günel Türksoy