“Azərbaycandakı rus icmasının da sənədlərində səhvlər var”

azerbaycandaki-rus-icmasinin-da-senedlerinde-sehvler-var
Oxunma sayı: 766

Azərbaycan-Rusiya parlamentlərarası Dostluq Qrupunun sədri, millət vəkili  Əli Hüseynli Ümummrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğv olunmasından danışıb. 

“Qafqazinfo” xəbər verir ki, millət vəkili çıxışında qeyd edib ki, qeydiyyat proseduru Rusiyanın və onun müvafiq orqanlarının qanuni haqqıdır: “Ötən ilin dekabrında konqresin növbəti qurultayı keçirildi və hörmətli professor Fazil Qurbanov onun sədri seçildi. Qurultaydan sonra yeni rəhbərlik  qurumun sənədlərinin Rusiya qanunvericiliyinə uyğunlaşdırılması üzərində işə başladı. Ancaq onların işlərini başa çatmasını gözləmədən Ədliyyə Nazirliyi qurumun ləğvi ilə bağlı Ali Məhkəməyə müraciət etdi. Rusiyalı soydaşlarımız da bundan narahat olduqlarını deyirlər. Ancaq bizə deyirlər ki, hələlik məsələyə siyasi müstəvidə baxmayın, hüquqi tərəfdən baxın.

Əslində isə araşdırsaq görərik ki, Rusiyanın özünün də qanunvericiliyində də müəyyən səhvlər var. Eyni zamanda, “Azərbaycan rus icması”nın sənədlərində də səhvlər var. Amma bizim Ədliyyə Nazirliyi onlarla əməkdaşlıq edir və  onun ləğvi barədə heç düşünmür. Ancaq Rusiyanın Ədliyyə Nazirliyinin heç bir əsas olmadan və gözlənilmədən bu qurumun ləğvi ilə bağlı qərar verməsi bizdə suallar yaradır”. 

Günel Türksoy