“Azərbaycandakı seçki təcrübəmizdə 25-ci olacaq”

azerbaycandaki-secki-tecrubemizde-25-ci-olacaq
Oxunma sayı: 2699

“Bizim komandamız dünyanın bütün ölkələrində belə proseslərdə iştirak edir. Azərbaycandakı seçkilərlə bağlı fəaliyyətimiz bizim təcrübəmizdə 25-ci olacaq”.

“Qafqazinfo” xəbər verir ki, bunu “ORACLE ADVİSORY GROUP”un tərəfdaşı Vlada Galan deyib.

O, Azərbaycanda indiyə qədər 4 seçki prosesini izlədiklərini, növbəti Prezident seçkilərinin 5-ci olacağını bildirib.

Qeyd edək ki, ABŞ-nin “ORACLE ADVİSORY GROUP” təşkilatı və “Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası” fevralın 7-nə təyin edilmiş növbədənkənar prezident seçkilərində "exit-poll” keçirmək üçün Mərkəzi Seçki Komissiyasında (MSK) akkreditasiyadan keçmək üçün müraciət edib.

***

“ORACLE ADVİSORY GROUP”un tərəfdaşı George Birnbaum bildirib ki, seçkiqabağı sorğu seçkidə gözləntiləri öyrənmək baxımından faydalı olacaq: “Qarabağ bölgəsi də daxil olmaqla 40 ərazidə, 500 seçki məntəqəsində fəaliyyət göstərəcəyik. Təşkilatımızda 10 data analitik, 1500 müsahibə alan şəxs olacaq”.

O qeyd edib ki, seçki günü 60 min nəfərdən nüsahibə alınacaq: “3 saatdan bir sorğular hazırlanacaq. Seçki məntəqələri bağlanandan 1 saat sonra nəticələri elan edəcəyik. Bu, ilk seçkidir ki, Azərbaycanın ərazi bütövlüyü təmin olunandan sonra əhali özünü ifadə edəcək”. 

Gülnar Əliyeva