Azərbaycanda yaşayan Türkiyə vətəndaşları prezident seçkilərində səs verməyə başlayıblar.
“Qafqazinfo” xəbər verir ki, səsvermə yerli vaxtla səhər saat 09:00-da başlayıb və axşam 21:00-da bitəcək.
Səsvermədə iştirak edən Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral deyib ki, bu gün Bakı üzrə 5209 nəfər, Naxçıvanda 330 nəfər, Gəncədə isə 207 Türkiyə vətəndaşı səs verir. Səsvermə prosesi ilə bağlı Türkiyə səfirliyində 5 seçki qutusu qoyulub.
Bu gün ümumilikdə 60 ölkədəki 123 Türkiyə nümayəndələyində səsvermə keçirilir.
Qeyd edək ki, Türkiyədə seçki 24 iyunda baş tutacaq.



Son xəbərlər
Son Xəbərlər