Azərbaycandan ABŞ səfirinə- - Etiraz

azerbaycandan-abs-sefirine-
Oxunma sayı: 2590


"Qafqazinfo" xəbər verir ki, Ə. Hüseynli Apa-ya açıqlamasında ABŞ səfirliyinin hüquq müstəvisində olan məsələyə siyasi münasibət bildirməsinin Azərbaycan tərəfdə təəssüf doğurduğunu vurğulayıb.

O qeyd edib ki, kimliyindən asılı olmayaraq, qanunvericilik çərçivəsində prosessual tərəflər qorunmaqla, həbs olunmuş şəxsin Azərbaycanda Avropa standartlarına tam uyğun olan müdafiə mexanizmlərindən istifadə etmək imkanı var: “Hər hansı şəxsin fəaliyyət növündən asılı olmayaraq həbsinə siyasi qiymət, siyasi bəyanat vermək doğru addım deyil. Bu, hüquq sisteminə hörmətsizlikdir.

Qeyri-hüquqi mexanizmlərlə insanların həbsi təcrübəsi təəssüf ki, elə ABŞ-da mövcuddur. Quantanamo həbs düşərgəsi və sair buna misaldır. Prezident Barak Obama prezident seçilərkən bəyanat vermişdi ki, bu qara səhifəni - Quantanamo məsələsini bağlayacaq, təəssüf ki, bunu görmədik”.

Qeyd edək ki, ABŞ-ın Azərbaycandakı səfirliyi jurnalist Rauf Mirqədirovun Türkiyədən qəfil deportasiyası və Bakıda saxlanmasından narahat olduğunu bəyan edib: “Biz həmçinin Mirqədirovun Azərbaycan hökumətini tənqid edən yazıları, yaxud onun Dağlıq Qarabağ münaqişəsinin dinc həllinə yönəlik xalq diplomatiyası cəhdlərində iştirakından dolayı həbs olunması iddialarına görə narahatıq”.