Diasporla iş üzrə Dövlət Komitəsindən “Qafqazinfo”ya daxil olan məlumata görə, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının sədr müavini, Türkiyənin Çukurova Universiteti Konservatoriyasının müəllimi, əməkdar incəsənət xadimi, professor Cahangir Novruzov Alaniya bələdiyyəsinin dəvəti ilə bu şəhərdə olub.
Diaspor rəhbərinin Alaniyanın Bələdiyyə sədri Adəm Murat Yücel və Alaniya Kaymakamı Erhan Özdemirlə keçirdiyi görüşlərdə əsasən Türkiyə ilə Azərbaycan arasında teatr, musiqi və mədəniyyətin digər sahələrində əlaqələrin daha da inkişaf etdirilməsi məsələləri müzakirə olunub. Görüşdə həmçinin, Alaniya ilə Azərbaycanın hər hansı bir şəhərinin qardaşlaşması təşəbbüsü də irəli sürülüb. Hər iki tərəf bu istiqamətdə fəaliyyətə başlayacaqlarını bildiriblər.