Azərbaycandan dünya ictimaiyyətinə müraciət - - Ukrayna haqda

azerbaycandan-dunya-ictimaiyyetine-muraciet-
Oxunma sayı: 2576


KXCP Rusiyanın Ukrayna torpaqlarını ilhaq etməsi ilə bağlı Azərbaycan xalqına və dünya ictimaiyyətinə müraciət qəbul edib. Müraciətdə deyilir: 1994-cü ildə nüvə silahından imtina etdiyinə görə Ukraynanın  təhlükəsizliyinə və ərazi bütövlüyünə cavabdehlik daşıyan dövlətlərdən birinin-Rusiyanın - dünyanın gözü qarşısında qonşu  dövlətin ərazisinə soxularaq dövlət sturukturlarını dağıtması, başqa dövlətin vətəndaşlarını öldürməsi. yüz illərdir Rusiya hakim dairələrinin yer üzündən silmək istədikləri Krım tatarlarının son qalıqlarını təmamilə məhv etməyəyə yönəlik siyasəti XXI əsrin ikinci imperiya əsrinə çevirməsi cəhdi kimi qiymətləndirir. Yüz illərdir Rusiyanın imperialist siyasətinin qurbanına çevrimiş onlarla ölkə kimi Azərbaycan bu ağrıları daha dərindən hiss edir. Ukrayna ərazilərinin ilhaqı Dağlıq Qarabağ ssenarisi ilə inkişaf edir və bu gedişat Rusiya müstəmləkəsindən yenicə qurtulmuş bir  sıra ölkələr kimi Azərbaycanada birbaşa təhlükə təşkil etməsinə baxmayarq,Azərbaycan hökümətnin hələdə qəti mövqe sərgiləməməsi təəssüf edicidir. KXCP bu təhlükəli məqamda uzaq və yaxınfaciələrimizi xatirlayaraq Azərbaycan xalqını və xüsusi ilə hakimiyyəti, dünyanın bütün dövlətlərini,  beynəlxalq təşkilaları, bütün mütərəqqi qüvvələri Rusiyanın yüksək səviyyəli təcavüzünə və açıq ilhaq siyasətinə kəskin etiraz etməyə, bütün vasitələrləUkrayna xalqının və dövlətinin yanında olmağa çağırır.

KXCP Milli Məclisdə Nazirlər Kabinetinin 2013-cü ildəki fəaliyyəti haqqında hesabatının formal xarakter daşıdığını, ölkədəki real vəziyyəti əks etdirmədiyini qeyd edir və belə hesabatların gələcəkdə ölkənin inkişafına, iqtisadiyyatın gəlişməsinə, vətəndaşların sosial-iqtisadi durumlarınn yaxşılaşmasına heç bir təsir göstərməyəcəyinə əminliyini fadə edir.    

KXCP uzun illərdir metro stansiyalarında ailələrinin munimum dolanışıqları ilə məşğul olan çoxsaylı insanların ticarət obyeklərinin qəflətən, xəbərdarlıq edilmədən dağıdılmasına etiraz edir, onlara dəyən ziyanın ödənilməsini, dağıdılan ticarət obyektlərinin uyğun yerlərdə tikilməsi üçün hakimyyət orqanları tərəfindən şərait yaradılmasını tələb edib.