Azərbaycandan Facebook-a etiraz

azerbaycandan-facebook-a-etiraz
Oxunma sayı: 2068


“Qafqazinfo” anspress-ə istinadən xəbər verir ki, təxminən 20 minə yaxın istifadəçisi olan səhifədə qondarma rejimin binası və bayrağı əks olunub. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya cəmiyyəti şöbəsinin müdiri İsfəndiyar Əliyev məsələyə münasibət bildirib. O qeyd edib ki, bununla bağlı Facebook-a rəsmi müraciət olunacaq: "Bu cür məsələlərdə Facebook fərqli bir siyasət yürüdür. Onlar siyasi məsələrə diqqət yeturmirlər. Şirkətə rəsmi olaraq müraciətdən sonra Facebook həmin şəxs və ya hökuməti araşdırır və səhifəni təsdiq edir. Bu vəziyyəti aradan qaldırmaq üçün biz məhkəməyə müraciət edərək qərar çıxarmalıyıq. Daha sonra isə əsaslandırılmış tələblərlə Facebook-un ABŞ-dakı baş ofisinə müraciət etməliyik".

Mütəxəssislər isə hesab edir ki, bu cür səhifələrin yığışdırılması üçün bir çox yollar var. İKT üzrə ekspert Cahid İsmayıloğlu ANS PRESS-ə açıqlamasında bildirib ki, Facebook-un baş ofisinə rəsmi olaraq müraciət olunmalıdır. Bununla yanaşı, həmin səhifəni istifadəçilər "unlike" etməlidirlər ki, şirkətin diqqətini bura cəlb edək.

Mütəxəssislər digər bir effektiv variant kimi Facebook-un ölkədə bağlanmasını təklif edilər. Təbii ki, bu addım şirkətin haqlı tələblərə biganə qalmasından sonra atılmalıdır. 

Qeyd edək ki, Türkiyədə də bu yaxınlarda həmin praktikadan istifadə edilib. Hökumət əleyhinə səhifələrin və yazıların yığışdırılmasını tələb edən qonşu ölkə Twitter və Youtube kimi nüfuzlu şəbəkələrin ölkədə istifadəsini qadağan etmişdi. Bundan sonra danışıqlara getməyə məcbur qalan şirkətlər Türkiyənin haqlı iradlarını qəbul etmişdi.