Azərbaycandan getmək istəyənləruin sayı 18-20 faiz artıb

azerbaycandan-getmek-isteyenleruin-sayi-18-20-faiz-artib
Oxunma sayı: 1575


"Qafqazinfo"ya daxil olan məlumata görə, bu rəqəm 2011-ci illə müqayisədə 10% çoxdur. Azərbaycan Miqrasiya Mərkəzi (AMM) bildirir  ki, əvvəlki illərlə müqayisədə 2013-cü ildə Azərbaycan Respublikasından getmək istəyənlərin də sayında 18-20% artım müşahidə olunub. Ölkədən getmək istəyənlər bunu son illər iqtisadi, sosial və siyasi problemlərin daha da dərinləşməsi ilə əsaslandırır. Qafqaz regionunda ən güclü iqtisadiyyata malik olduğunu iddia edən Azərbaycanda vətəndaşların ölkəni tərk etməsi  faktı ölkəmizin iddia  edilən inkişafına kölgə salır. AMM bəyan edir ki, Azərbaycan  Respublikası vətəndaşlarının qaçqın statusu almaq üçün ayrı-ayrı dövlətlərə müraciət etməsi insan hüquq və azadlıqlarının kobud surətdə pozulmasının göstəricisi olmaqla yanaşı, ölkəmiz haqqında mənfi imic formalaşdırdığı üçün ciddi narahatlıq doğrurur. Narahatlıq yaradan məqamlardan biri də əvvəlki illərlə müqayisədə Azərbaycanı tərk edənlər arasında Azərbaycan dövlətinin hesabına yüksək keyfiyyətli təhsil almış mütəxəssislərin sayının ilbəil artmasıdır. AMM mövcud problemi ictimaiyyətin diqqətinə çatdırmaqla ölkədə baş verən “beyin axını” ilə bağlı ciddi narahatlığını ifadə edir və Azərbaycan hakimiyyətini təcili olaraq insanların daha yaxşı sosial, siyasi, iqtisadi şəraitdə yaşaması üçün zəruri tədbirlər görməyə çağırır.