Gürcüstan gömrükçüləri yük maşınına yerləşdirilən 178 kiloqram heroin aşkarlayaraq götürüblər.
“Qafqazinfo” gürcü KİV-ə istinadən xəbər verir ki, yük maşını İrandan başlayaraq Azərbaycan, Gürcüstan və Ukraynadan keçməklə Hollandiyaya gedəcəkdi. Avtomobilin sürücüsü olan Hollandiya vətəndaşı saxlanılıb.
Artıq məsələ ilə bağlı Gürcüstan DİN-i məşğul olmağa başlayıb.
Son xəbərlər
Son Xəbərlər