Azərbaycandan Həcc ziyarətinə səfərlər başlayır

azerbaycandan-hecc-ziyaretine-seferler-baslayir
Oxunma sayı: 1750

Azərbaycandan Həcc missiyası xətti ilə zəvvarlarımız bu gündən başlayaraq Səudiyyə Ərəbistanına müqəddəs Həcc ziyarətinə səfər edəcəklər.

Bu barədə “Qafqazinfo”ya Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, 1 440 azərbaycanlı zəvvar 8 təyyarə reysi ilə 17-21 iyun tarixlərində ziyarətə yola düşəcək.

Qeyd edilib ki, Həcc ziyarətinin başa çatmasından sonra zəvvarlarımız təyyarə reysləri ilə 5-11 iyul tarixlərində Vətənə qayıdacaqlar.