Azərbaycandan Pakistana dəstək

azerbaycandan-pakistana-destek
Oxunma sayı: 1079

“Pakistanın Lahor şəhərində törədilmiş və uşaqlar olmaqla, çoxlu sayda insanın ölümünəvə yaralanmasına səbəb olan terror aktını qəti şəkildə pisləyirik. Terrorçu-kamikadzenin uşaqların toplaşdığı məkanı hədəf alması xüsusi narahatedici məqamdır”.

“Qafqazinfo” xəbər verir ki, bunu Azərbaycan XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib. O, bildirib terrorizmdən əziyyət çəkən dövlət kimi, Azərbaycan terrorizmin bütün forma və təzahürlərini pisləyir və terrorizmə qarşı mübarizədə beynəlxalq birliyin səylərini əzmlə dəstəkləyir.