“Azərbaycandan təklif almamışam”

azerbaycandan-teklif-almamisam
Oxunma sayı: 853


“Qafqazinfo” xəbər verir ki, bu sözləri mətbuata açıqlamasında Ukraynanın “Çernomorets” klubundan ayrılan qolkiper Dimitri Bezotosnım deyib. 

O, Azərbaycandan təklif aldığını və Roman Qriqorçukun baş məşqçisi olduğu “Qəbələ”də oynayacağına dair suallara aydınlq gətirib: “Özüm Ukraynada qalmaq istəyirəm. Sadəcə əgər Qriqorçuk Azərbaycana getməyimi istəsə, mənim üçün problem olmaz. İndi bu barədə düşünməliyəm. Hələlik real olan nəsə yoxdur”.

Qeyd edək ki, “Qəbələ” Ukraynadan artıq bir transfer edib. Bu yarımmüdafiəçi Aleksandr Qaydır.