“Qafqazinfo” xəbər verir ki, gecədə millət vəkilləri, xalq şair və yazıçıları, qardaş Türkiyədən, İraqdan və Türk dünyasının bəzi bölgələrindən gəlmiş 20-ə yaxın şair, yazar, sənətçi və jurnalistlər ədəbiyyatşünaslar, diplomatlar, QHT və KİV təmsilçiləri, gənclər şeir-sənət dostları iştirak edib.
Millət vəkili, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin sədri Qənirə Paşayeva tədbirin məqsəd-məramı, ümumən respublikamıza qonaq gələn, fərqli ədəbi nəsillərə mənsub şair və yazıçıların bu səfəri ilə bağlı ətraflı bilgi verərək, belə səfərlərin qarşılıqlı maraq doğuran ədəbiyyat, ümumən ictimai və mədəni məsələlərin müzakirəsi, daha geniş əməkdaşlıq üçün bir fürsət olduğunu qeyd etdi. Millət vəkili Q. Paşayeva müxtəlif mövzuların ictimai müzakirəsi, fikir alış-verişi, ədəbiyyatçılarımızın bir-birini daha yaxından tanımağı baxımından böyük önəm daşıyan belə tədbirlərin zəngin proqram əsasında, Bakı, Sumqayıt, Gəncə, Tovuz və başqa şəhərlərimizdə, rayonlarımızda, ayrı-ayrı auditoriyalarda davam etdirilməsi ilə daha çox insana müraciət imkanın əldə ediləcəyini bildirib
O, yazarların, bu səfər ərzində Azərbaycan həqiqətləri ilə, o cümlədən torpaqlarımızın işğalı faktının ölkəmizə, xalqımıza, mədəni abidələrimizə vurduğu ağır zərbələrlə yaxından tanış olduqlarını da bildirib
Qeyd edək ki, qardaş ölkə yazarlarının respublikamıza səfəri 3 gün çəkəcək.
Son xəbərlər
Son Xəbərlər