Azərbaycandan Türkiyəyə 20 TIR humanitar yardım göndərildi

azerbaycandan-turkiyeye-20-tir-humanitar-yardim-gonderildi
Oxunma sayı: 5113

Azərbaycan xalqının Kahramanmaraşda zəlzələ nəticəsində zərər çəkmiş vətəndaşlar üçün topladığı humanitar yardımı daşıyan yük maşınları Bakıdan Türkiyəyə yola düşüb.

“Qafqazinfo” yerli KİV-ə istinadən xəbər verir ki, Türkiyənin Bakıdakı səfiri Cahit Bağcı  kampaniya çərçivəsində toplanan paltar, ədyal, quru qida və gigiyena materiallarından ibarət 20 TIR-ı yola salıb.