Azərbaycandan Türkiyəyə gedən avtobus yanıb - 50 sərnişin olub+Video

azerbaycandan-turkiyeye-geden-avtobus-yanib
Oxunma sayı: 5837

Azərbaycandan Türkiyəyə gedən sərnişin avtobusu yanıb.

“Qafqazinfo” gürcü KİV-nə istinadən xəbər verir ki, insident ötən gecə Gürcüstanın şərqində baş verib. 

Avtobusda müxtəlif ölkə vətəndaşları olan 50 sərnişin olub. Ciddi zərərçəkənin olmadığı bildirilir. 

Sərnişinlər avtobusun tüstüləndiyini hiss etdikdə bu barədə sürücünü məlumatlandırıblar və dərhal avtomobili  tərk ediblər. 

Avtobus isə tamamilə yanıb.