Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar Azərbaycandan Türkiyəyə 6-9 fevral tarixlərində edilən yardımlar açıqlanıb.
"Qafqazinfo" xəbər verir ki, bu barədə infoqrafik məlumatı Xarici İşlər Nazirliyi tviter sosial şəbəkəsində paylaşıb.
Bildirilib ki, Humanitar yardım Türkiyəyə 8 təyyarə və 24 yük avtomobili vasitəsilə çatdırılıb.
Qeyd edək ki, Azərbaycandan Türkiyəyə 855 000 manat maddi yardım edilib.

Son xəbərlər
Son Xəbərlər