Cəfər Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasında yanğın başlayıb.
“Qafqazinfo”nun məlumatına görə, İctimai Televiziya da ərazidə yerləşən pavilyonunu boşaldıb.
Xəbəri rus dilində oxuyun: “В Баку мой концерт отменили из-за этой новости”
Yanğın baş verən əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb edilib.
***
Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən verilən məlumata görə, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb.
Əlavə məlumat veriləcək.