“Azərbaycanfilm” kinostudiyasının direktoru Fariz Əhmədov vəzifəsindən ayrılıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə o, feysbukda yazıb.
F. Əhmədov işdən martın 1-də ayrıldığını bildirib.
O, fəaliyyətini audiovizual layihələrin istehsalı sahəsində davam etdirəcəyini əlavə edib.
Qeyd edək ki, F. Əhmədov 2020-ci ilin sentyabrın 30-dan bu vəzifədə çalışırdı.
***
“Azərbaycanfilm” kinostudiyasına yeni direktor təyinatı olub.
Mədəniyyət Nazirliyindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, bu vəzifə Nazim Hüseynova həvalə olunub. O, bu tarixədək “Salnaməfilm” studiyasının direktoru idi. N. Hüseynov, həmçinin F. Əhmədova qədər “Azərbaycanfilm”də direktor səlahiyyətlərini icra edirdi.
Hüseyn Məmmədsalahov
Son xəbərlər
Son Xəbərlər