“Qafqazinfo”nun məlumatna görə, sənətçi Qazaxıstana şəhər merinin və Dağıstanın diasporasının sədri Hacı Səlimovun dəvəti ilə gedib.
Təmtəraqla keçən konsert günündə azərbaycanlı ifaçının çıxışı Rusiya, Astana, Almaata, Dağıstandan olan sənətçinin ifalarından fərqlənib. Bunu şəhərin meri çıxışından sonra sənətçimizə təşəkkürünü bildirərkən deyib.
“Ən çox alqışlarla müşahidə olunan sənətçi oldum və zalda şəhərin mötəbər insanları bu konserti izləyib, ifamı bəyəndilər. İnşallah, martda eyni şəhərdə konsert proqramımın təşkili barədə təklif aldım. Eyni zamanda Aktaunun televiziya kanallarından biri konsertdə səsləndirdiyim mahnılarımdan birini ekranlaşdıracağı barədə təklif göndərib. Bunları gələn ay birlikdə həyata keçirəcəm”-, deyə sənətçi təəssüratlarını bildirib.
Son xəbərlər
Son Xəbərlər