Azərbaycanı dünya çempionatında onlar təmsil edəcək

azerbaycani-dunya-cempionatinda-onlar-temsil-edecek
Oxunma sayı: 717


Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, avqustun 7-də Rusiyanın paytaxtı Moskvada kayak və kanoe üzrə dünya çempionatı start götürəcək. Nüfuzlu yarışda Azərbaycanı 6 idmançı təmsil edəcək. 

Kayakçıların mübarizəsində 1 nəfərlik qayıqla (K-1) Mirnazim Cavadov həm 200 metr, həm də 1000 metr məsafələrə yürüş edəcək. Aleksey Solovey isə 1000 metr məsafəyə yarışacaq. 

Kanoeçilərin yarışında 1 nəfərlik qayıqla (C-1) 4 qat dünya və 4 qat Avropa çempionu Valentin Demyanenko 200 metr, Nikolay Matviyçuk isə 1000 metr məsafəni qət edəcək. 

Nəhayət, Bezuqlıy – Kupin dueti 2 nəfərlik qayıqla (C-2) həm 1000 metr, həm də 500 metr məsafələrə yürüş edəcək. 

Qeyd edək ki, dünya çempionatına avqustun 10-da yekun vurulacaq.