“Azərbaycanı məyus edəcək hücum xəttimiz var”

azerbaycani-meyus-edecek-hucum-xettimiz-var
Oxunma sayı: 640

Şimali İrlandiya yığmasının baş məşqçisi Maykl Onil açıqlama verib.

“Qafqazinfo” xəbər verir ki, mütəxəssis millimizlə oyunöncəsi fikirlərini bildirib:
 
“Konor Vaşinqton, Ceymi Uord və Uil Qriqqin heyətdə olmaması bizi üzür. Kayl Lafferti Yeni Zelandiya ilə yoxlama görüşündə oynaya bilər. Amma o hazırda rəqabətə dözümlü deyil. Üstəlik, “Norviç Siti”dən də ayrılıb. Şey Makkartan ilk dəfə yığmaya dəvət alıb. Hücum xəttində Liam Boysla Coş Magennisə şans verməyi planlaşdırırıq. İnanıram ki, ciddi itkilərə baxmayaraq, Azərbaycanı məyus edəcək hücum xəttimiz var. Hücumçularımız qollar vurmağa qadirdir. Coş və Liama güvənirəm. Makkartana isə lazım olsa, şans veriləcək”.
 
Onil komandanın əsas müdafiəçisi Qaret Makaulinin də zədəli olduğunu dilə gətirib:
 
“Heyətimizdə itkilər. Makauli də zədəlidir və onun durumu bizi narahat edir. Qaretdən cavab gözləyirik. Yeni Zelandiya ilə matçda oynamayacağı dəqiqdir. Azərbaycanla matça isə hazır olacağına ümid edirik. Kreyq Ketkartın da vəziyyəti Makauli kimidir. Kreyq “Uotford” klubunda müalicə alır. Bir həftədən sonra hər şey məlum olacaq”.
 
Qeyd edək ki, Şimali İrlandiya iyunun 2-də Yeni Zelandiya yığması ilə yoldaşlıq görüşü keçirəcək. Azərbaycanla səfər oyunu isə iyunun 10-u saat 20:00-da başlayacaq.