Gürcüstanın Batumi şəhərində, “Miss & Mister Planet” müsabiqəsinin finalı keçirilib.
“Qafqazinfo” xəbər verir ki, Azərbaycanı bu yarışmada təmsil edən Günel Məmmədova, Fəxri Qasımov və Elşad Məhərrəmov uğurlu nəticələrə imza atıblar.
Belə ki, Günel Məmmədova TOP-5 siyahısına düşərək “Miss Planet Top Model”, Fəxri Qasımov “Best Evening Wear”, Elşad Məhərrəmov isə ilk 5-liyə daxil olaraq “Mister Planet Internet” nominasiyasını qazanıb.
Müsabiqənin qalibləri portuqaliyalı Kamilla Vitorino və gürcustanlı Zura Tsilosani olub.