Azərbaycanı “Pankration MMA”da təmsil edən yeganə dünya çempionu - Foto

Azərbaycanı “Pankration MMA”da təmsil edən yeganə dünya çempionu
Oxunma sayı: 3260

Dünyada nüfuzu olan MMA dünya təşkilatı “GAMMA” Global Association MMA-nın 2022-ci il üçün ümumi iclası kecirilib.

“Qafqazinfo” xəbər verir ki, bu iclasda Azad Əsgərov Avropa Federasiyasının vitse-prezidenti vəzifəsinə təyin olunub.

Bu seçimə 2021-ci ilin noyabr ayında Avropa çempionatında qərar verilib və ilin sonunda, dekabr ayında Almaniya şəhərində dünya çempionatında təsdiq olunmalı idi. COVID-19 pandemiyası ilə əlaqədar yarış və dünya təşkilatının ümumi iclası təxirə salınıb. Bunlara baxmayaraq, MMA beynəlxalq təşkilatı 2022-ci ilin seçimini təsdiqləyərək Azad Əsgərovu təbrik edib və işlərində uğurlar arzulayıb.

Azərbaycanı ilk beynəlxalq arenalarda Pankration MMA-da (qaydasız döyüş) yeganə təmsil edən dünya çempionu kimdir?

Əsgərov Azad Əsgər oğlu MMA, Pankration və Qrapplinq federasiyasının Prezidentidir. 

GAMMA təşkilatının tərkibində dünyanın 126 dövləti  üzvdür.

GAMMA bir neçə beynəlxalq  təşkilatın üzvüdür.

Bundan başqa, Azad Əsgərov dünyanın ən nüfuzlu təşkilatlarından olan UWW (United World Wrestling), Qrapplinq güləş idman növündə 8 il dünya komitənin üzvü olub və 2022-ci ildən bu vəzifəyə yenidən seçilib.

Həmçinin Azad Əsgərov MOİK (Milli Olimpiya İdman Komitəsi) təşkilat komitəsinin üzvüdür.

Federasiyanın keçirdiyi beynəlxalq yarışlar:

2007-ci ildə Həvəskarlar arasında Pankration idman növü üzrə beynəlxalq turnir;

2009-cu ildə Həvəskarlar arasında Pankration idman növü üzrə Dünya Kuboku;

2010-cu ildə Peşəkarlar arasında MMA idman növü üzrə Azərbaycan və Avropa görüşü.

2012-2013-2014-2015 və 2018-ci illərdə Peşəkarlar arasında MMA (qarşıq döyüş növləri) turnirləri
Azərbaycan və Gürcüstan, İran,Türkiyə ,Rusiya və Dünya beynəlxalq turnirlər keçirilib.

2017 və 2019-cu ildə Qrapplinq idman növü üzrə ölkəmizdə Dünya çempionatı keçirilib.  

Xatırladaq ki, Pankration Federasiyası 2006-cı ildə, Grappling və MMA idman növləri isə 2012-ci ildə Gənclər və İdman Nazirliyi tərəfindən təsdiq olunaraq Ədliyyə Nazirliyində qeydiyyatdan keçib.