Azərbaycanın 14 hərbçisi Türkiyədə məzun oldu - Foto

azerbaycanin-14-herbcisi-turkiyede-mezun-oldu
Oxunma sayı: 2760

Azərbaycan Silahlı Qüvvətlərinin 14 hərbçisi Türkiyədə 2021-2022-ci il Təhsil və Təlim müddətini başa vuraraq məzun olublar.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyi Tvitterdə məlumat yayıb.

Bildirilib ki, Türkiyə Jandarma Logistika, Texniki və Köməkçi Şöbələr Təhsil Mərkəzi Komandanlığından məzun olanlara diplomları verilib.

Mərasimdə səfirliyinin hərbi attaşesi polkovnik Müşfiq Məmmədov və digər şəxslər iştirak edib.