Azərbaycanın 152 bələdiyyəsində cinayət

azerbaycanin-152-belediyyesinde-cinayet
Oxunma sayı: 1304


“Qafqazinfo” “Azərtac”a istinadən xəbər verir ki, nazir iyun ayının əvvəlində qüvvəyə minmiş “İctimai iştirakçılıq haqqında” Qanunda yerli özünüidarəetmə orqanlarının işinə ictimai nəzarətin həyata keçirilməsinin, onların fəaliyyətində şəffaflığın təmin edilməsinin və digər mühüm məsələlərin təsbit olunmasının əhəmiyyətini xüsusi vurğulayıb.

Bələdiyyə üzvləri və qulluqçularının biliklərinin artırılmasında Ədliyyə Nazirliyinin üzərinə mühüm vəzifələr düşdüyünü vurğulayan nazir ildə 6 min bələdiyyə üzvünü və qulluqçusunu əhatə edən 100-dən çox maarifləndirmə və təlim tədbirlərinin keçirildiyini, xarici ölkələrə səfərlərin təşkil olunduğunu deyib.

Yerli özünüidarəetmə orqanlarının fəaliyyətində qanunçuluğun təmin olunmasının əhalinin onlara inamının artmasında böyük rol oynadığını qeyd edən F.Məmmədov ötən dövrdə yaradılmış regional ədliyyə şöbələrinin bu işə mühüm töhfə verdiyini vurğulayıb. O bildirib ki, təkcə ötən il 300-dən çox bələdiyyə sədri inzibati məsuliyyətə cəlb olunub, 70 minədək bələdiyyə aktı qanunazidd olduğuna görə ləğv edilib və ya dəyişdirilib, 25 min hektardan çox qanunsuz verilmiş torpaq sahələri geri qaytarılıb. Habelə 152 bələdiyyənin fəaliyyətində cinayət xarakterli pozuntular aşkar edilib və bununla bağlı qanuna müvafiq tədbirlər görülüb.