Azərbaycanın 31 məktəblisi ABŞ-da təhsil alacaq

azerbaycanin-31-mekteblisi-abs-da-tehsil-alacaq
Oxunma sayı: 986


“Qafqazinfo” xəbər verir ki, ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar tədbirdə çıxış edərək şagirdlərin bu uğuruna üçün sevindiyini bildirib: “Sizin ABŞ haqqında təkcə kitablar və filmlər vasitəsilə deyil, yeni tanışlıqlar və Amerika ailəsində yaşamaq vasitəsilə məlumat əldə etmək şansınız olacaq”.

Diplomat qeyd edib ki, Azərbaycan məktəbliləri müəyyən mənada öz ölkəsinin elçiləri olacaq və ABŞ mədəniyyəti ilə tanış olmaq imkanı əldə edəcəklər.

Bakı, Gəncə, Mingəçevir, Lənkəran, Şəki və digər regionların məktəblərini təmsil edən qaliblər 1000-ə yaxın namizədin arasından seçiliblər.

FLEX proqramı ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilir. 1993-cü ildən həyata keçirilməyə başlayan bu proqramda indiyədək Azərbaycan orta məktəblərinin 800-dən çox şagirdi iştirak edib.

Bu proqramı, eyni zamanda, Amerika Beynəlxalq Təhsil Şurası (ACCELS) tərəfindən həyata keçirilir və hər il şagirdlərə Amerika ailələrində yaşamaq və ABŞ məktəblərində təhsil almaq imkanı yaradır.