Azərbaycanın 4 cüdoçusu mübarizəyə qoşulur

azerbaycanin-4-cudocusu-mubarizeye-qosulur
Oxunma sayı: 1779

İsrailin Təl-Əviv şəhərində keçirilən cüdo üzrə Böyük Dəbilqə turnirinə bu gün yekun vurulacaq.

“Qafqazinfo” xəbər verir ki, yarışın son günündə Azərbaycan millisinin 4 üzvü mübarizəyə qoşulacaq.

90 kq-da çıxış edən Məmmədəli Mehdiyev türkmənistanlı Məmmədəli Açıldıyevlə üz-üzə gələcək.

100 kq-da yer alan Zelim Kotsoyevin rəqibi Rafael Buzakarini (Braziliya) - Tomas Brisenyo (Çili) görüşünün qalibi olacaq. 100 kq-dan yuxarı çəkidə yarışan Uşangi Kokauri Mirça Krotoriy (Rumıniya) - Freddi Fiqeroa (Çili) cütünün, Camal Qamzatxanov isə Xose Nova Alkantara (Dominikan Respublikası) - Losseni Kone (Almaniya) cütünün güclüsünü sınağa çəkəcək.

Qeyd edək ki, yarışın ilk günündə Orxan Səfərov (66 kq) gümüş medal qazanıb.