Azərbaycanın Avro-2017-də möhtəşəm qələbəsi - Fotolar + Yenilənib

azerbaycanin-avro-2017-de-mohtesem-qelebesi
Oxunma sayı: 6019

Bu gün qadın voleybolçular arasında Avro-2017-yə start verilib.

“Qafqazinfo” xəbər verir ki, yarış Azərbaycan və Gürcüstanda təşkil olunacaq.

Millimiz oyunlarını Bakıda keçirəcək. 

A qrupunda yer alan Faiq Qarayevin yetirmələri ilk turda Macarıstanla qarşılaşacaq. 

Avro-2017
Qrup mərhələsi
A qrupu
I tur
 
18:00. Macarıstan – Azərbaycan

Hakimlər: Harald Sodya (Avstriya), Jakub Nederhoed (Hollandiya)
Bakı. Milli Gimnastika Arenası

***

Matç başladı.

***

Matçın ilk dəqiqələrində üstün oynayan millimiz hesabda önə çıxmışdı. Lakin, sonrakı dəqiqələrdə təşəbbüsü ələ alan macarlar hesabı öz xeyirlərinə dəyişdi və bir ara hesabda 6 xal fərqlə önə keçdi. Buna baxmayaraq voleybolçularımız setin sonlarına yaxın ardıcıl xallarla yenidən önə keçməyi bacardı və əzmkar mübarizə nəticəsində ilk seti 25:23 öndə bitirdi.

***

İlk setin sonundan etibarən meydanda əsl gücünü ortaya qoyan millimiz, ikinci setdə üstünlüyünü daha da möhkəmlədib. Bu setdə başdan sona qədər üstün oynayan voleybolçularımız, hissəni 25:14 öndə bitirib.

***

Azərbaycan milli komandası üstünlüyünü matçın son setində də davam etdirib. Beləliklə, 3-sü seti 25:16 öndə bitirən komandamız, matçda da 3-0 hesablı qələbə qazanıb.