Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxs Polşada tutulub.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində axtarış elan edilmiş 1988-ci il təvəllüdlü Hamlet Məmmədov Polşa polisi tərəfindən saxlanılıb.
Onun Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışa verildiyi bildirilir.
H.Məmmədovun Azərbaycana ekstradisiya edilməsi istiqamətində iş aparılır.
Nizam Rza
Son xəbərlər
Son Xəbərlər