“Azərbaycanın beynəlxalq mövqeyi daha da güclənəcək”

azerbaycanin-beynelxalq-movqeyi-daha-da-guclenecek
Oxunma sayı: 1017

“Azərbaycan bu gün regionda lider dövlət kimi qlobal layihələrin əsas təşəbbüskarı və iştirakçısı qismində çıxış edir. Bu mənada enerji layihələrini xüsusi olaraq qeyd etmək gərəkdir”. 

“Qafqazinfo” xəbər verir ki, bunu YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib. O, deyib ki,  “Əsrin müqaviləsi”nin imzalanması müasir Azərbaycan tarixinin əsas məqamlarından birini təşkil edir: “Məhz “Əsrin müqaviləsi” XX əsrin 90-cı illərinin əvvəllərində çox ağır günlərini yaşayan, müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə dayanan ölkəmizin gələcəyinə işıq saldı”. 

V.Rəhimzadə bildirib ki, bir vaxtlar “Əsrin müqaviləsi” çoxlarına əfsanə kimi görünsə də reallığa çevrildi və Azərbaycanın nə qədər güclü, təşəbbüskar ölkə olduğu bir daha bütün dünyaya bəlli oldu: “XXI əsrin layihəsi adlandırılan “Cənub Qaz Dəhlizi” haqqında da ilk vaxtlar sadəcə fikir, layihə olaraq danışılırdı. Lakin 2014-cü ildə bir daha ölkəmiz öz qətiyyətini, təşəbbüskarlığını, gücünü ortaya qoydu. Məhz “Əsrin müqaviləsi”nin 20-ci ildönümü ərəfəsində bu meqalayihənin əsası qoyuldu. Təntənəli mərasimdə çıxış edən prezident, xarici ölkələrin dövlət və hökumət başçıları, digər qonaqlar “Cənub Qaz Dəhlizi”nin əhəmiyyətindən danışdılar, ölkəmizin qlobal layihələrin, o cümlədən böyük enerji projelərinin əsas iştirakçısı və təşəbbüskarı olduğunu vurğuladılar.

V.Rəhimzadə onu da qeyd edib ki, iyun ayında daha mühüm bir hadisə baş verəcək, “Cənub Qaz Dəhlizi” layihəsinin əsas seqmentlərindən biri olan TANAP-ın açılış mərasimi keçiriləcək. Bununla da ölkəmizin ixrac imkanları artacaq, beynəlxalq mövqeyi daha da güclənəcək.