“Regionda sülh üçün yeni minaların yerləşdirilməsi dayandırılmalıdır”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp deyib.
“2020-ci ildə müharibə dayandıqdan sonra hər iki tərəfin (Azərbaycan və Ermənistan - red.) yeni minalar basdırmayacağına dair öhdəlik götürməsi olduqca önəmlidir. Əsas məqsəd olaraq gələcəyə fokuslanmaq lazımdır. Bölgədə sülhü təmin etmək üçün minaları təmizləmək və yeni minalar yerləşdirməmək lazımdır”, - deyə Şarp qeyd edib.
O əlavə edib ki, ölkəsinin BMT-nin İnkişaf Proqramına göstərdiyi yardım sayəsində bir çox britaniyalı ekspert ANAMA-ya dəstəyini nümayiş etdirib: “Minatəmizləmənin əsas elementlərindən biri də bu sahədə qəbul olunan konvensiyalarla bağlıdır. İrəli baxmaq üçün və Azərbaycanın bu sahədə liderliyini göstərmək üçün çox önəmlidir ki, Azərbaycan da bu konvensiyalara qoşulsun”.
Eldar Tanrıverdi
Son xəbərlər
Son Xəbərlər