“Qafqazinfo” xəbər verir ki, bununla bağlı şöbə müdiri tvitter hesabında yazıb:
“Aİ-nin bəzi strukturlarıyla birlikdə AŞPA da nümayiş etdirir ki, onlar üçün beynəlxalq hüquq heç bir əhəmiyyət kəsb etmir. “Biz necə istəyirik o da olmalıdır” prinsipi əsasdır. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bu qurumların mövqeyi bunu açıq-aydın göstərir. İkili standartın digər nümunəsi də budur. Təəssüflər olsun ki, Avropada bu siyasətin hara apardığını və nə ilə nəticələnə biləcəyini hələ anlaya bilmirlər.
Avropa Şurasının belə bir mövqeyi Azərbaycanın bu təşkilatda qalmasını sual altında qoyur”.
Günel Türksoy
Son xəbərlər
Son Xəbərlər