Novruz bayramı münasibətilə Azərbaycanın Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyinin təşkilatçılığı ilə bayram tədbiri təşkil olunub.
“Qafqazinfo” xəbər verir ki, tədbirdə Cenevrədə akkreditə olunmuş diplomatik korpusun üzvləri, Novruzu milli bayram kimi qeyd edən ölkələrin diplomatları, İsveçrə ictimaiyyətinin nümayəndələri və bu ölkədə yaşayan soydaşlarımız iştirak ediblər.
Azərbaycanın Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Qalib İsrafilov bayram tədbiri ilə çıxış edib.
Sonra Azərbaycan diasporunun fəalları Mariya Xan Xoyskayanın rəhbərlik etdiyi uşaq yaradıcılıq qrupu şeir və mahnılar oxuyub, milli rəqslər ifa edib və səhnəciklər nümayiş etdiriblər.
Azərbaycandan Elşad Nuriyevin rəhbərliyi altında aşpazlar dəvət olunub. Bayramda qonaqlara Azərbaycan milli şirniyyat və təamları təqdim edilib.










Son xəbərlər
Son Xəbərlər