Azərbaycanın daha üç cüdoçusu Qran-pridə mübarizəyə başlayır

azerbaycanin-daha-uc-cudocusu-qran-pride-mubarizeye-baslayir
Oxunma sayı: 541

Avstriyanın Linz şəhərində keçirilən Qran-Pri turnirinin ikinci yarış günü keçirilir.

“Qafqazinfo” xəbər verir ki, bu gün 2 çəki dərəcəsində 3 cüdoçumuz medallar uğrunda mübarizə aparacaq.

Kişilər arasında -73 kq. çəkidə Rəşid Məmmədəliyev və Nurlan Osmanov, -81 kq. çəkidə Zelim Tçkayev tatamiyə çıxacaq. Rəşid Məmmədəliyev 1/32 finalda Daniel Seqado (İspaniya) ilə üz-üzə gələcək. Nurlan Osmanov 1/32 finalda Telmo Qomeşlə (Portuqaliya) üz-üzə gələcək. Zelim Tçkayev isə mübarizəyə 1/16 finaldan başlayacaq. O, mu raundda Leon Tsilikin (Avstriya) - Dominik Ressel (Almaniya) cütünün qalibi ilə görüşəcək.

Qeyd edək ki, ilk yarış günündə Kamran Süleymanov (66 kq) gümüş, Gültac Məmmədəliyeva (52 kq) bürünc medal qazanıb.

Həmçinin oxuyun: Банк Республика поддержал малообеспеченные семьи