Azərbaycanın ən gözəl qızı- - "İtlər üçün otel açmaq istəyirəm"

azerbaycanin-en-gozel-qizi-
Oxunma sayı: 5272


“Miss Azerbaijan-2014” gözəllik müsabiqəsinin qalibi Cavidan  Qurbanova kamera qarşısına keçib. “Qafqazinfo”nun kamerasına biri-birindən fərqli poza verən gənc model gələcək arzularından söhbət açıb:

““Miss Azerbaijan-2014”-də iştirak etməmişdən öncə xeyriyyə işləri ilə məşğul olurdum, heç bir təmanna güdmədən sosial video-çarxlarda  çəkilmişəm. Bir neçə ay öncə talassemiya  xəstəliyindən əziyyət çəkən qız üçün keçirilən aksiyada iştirak etdim. İndi də əsas məqsədim bu tipli tədbirlərə qatılmaqdır. Moda nümayişlərindənsə, xeyriyyə aksiyalarında iştirak etmək istəyirəm. Heyvanların qorunmasında əlimdən gələni edirəm. İtlər üçün yanında baxım evi olan otel açmaq istəyirəm.  Varlılar harasa gedərkən heyvanlarını bizim otelə qoysunlar, biz də oradan gələn gəliri baxımsız heyvanlar üçün xərcləyək. İstəyirəm insanlar görsün ki, təkcə gözəlliklə deyil. İnsan gərək içəridən gözəl olsun. Əsas xeyirxah insan olmaqdır”. 

Könül