Azərbaycanın ən müasir mebel istehsalçılarından biri - “Qardaşlar Mebel”

Azərbaycanın ən müasir mebel istehsalçılarından biri
Oxunma sayı: 2244

“Qafqazinfo” “Qardaşlar Mebel”in təsisçisi, gənc sahibkar Əli Mirzəyevin müsahibəsini təqdim edir:

- Qeyri-neft sektorunun inkişafı bir sahibkar kimi sizin işinizə necə təsir edir?

- Qeyri-neft sektorunun inkişafına ayrılan xüsusi diqqət, iqtisadiyyatın şaxələndirilməsi, yerli istehsal həcminin və ixrac dövriyyəsinin daha da artırılması, idxaldan asılılığın aradan qaldırılması ilə bağlı görülən bütün işlər ölkə rəhbərinin uğurlu islahatlarının tərkib hissəsidir.

İqtisadiyyatın bütün sahələrinin inkişafı üçün atılan məqsədyönlü addımlar biz sahibkarları sevindirir, yeni-yeni layihələrə investisiya qoyulması və yeni iş yerlərinin yaradılması üçün təşviq edir.  Ölkəmizdə mebel sənayesinin kifayət qədər inkişaf etdiyini, çox keyfiyyətli mebel məhsullarının istehsal olunduğunu vurğulaya bilərəm.

- Əli müəllim, təsisçisi olduğunuz “Qardaşlar Mebel”in fəaliyyəti barədə nə deyə bilərsiniz?

- Mebel istehsalı və satışı ilə məşğul olan “Qardaşlar mebel” fabriki 2015-ci ildən etibarən fəaliyyət göstərir. İki hektar ərazisi olan fabrik hazırda Azərbaycanın ən böyük və ən müasir mebel istehsalçılarından biridir.

Daimi olaraq 100 nəfərdən artıq işçisi olan “Qardaşlar mebel”öz işçilərinin peşəkarlıq səviyyəsinin artırılmasına hər zaman böyük diqqət göstərir. Fabrikin əməkdaşları dünyanın bir çox qabaqcıl ölkələrində keçirilən sərgilərdə iştirak edərək, həm mebel istehsalı sahəsində baş verən yeniliklər və ən son texnoloji avadanlıqlarla tanış olur, həm də yeni müştərilər və partnyorlar qazanırlar.

- Mebellərin keyfiyyəti və zəmanəti müştəriləri ən çox maraqlandıran məsələlərdəndir. “Qardaşlar Mebel” buna nə qədər önəm verir?

- “Qardaşlar mebel” çox qısa zamanda istehsal keyfiyyətini və müştərilərə göstərilən xidmətin səviyyəsini beynəlxalq standartlara uyğun təşkil edə bilmişdir. Belə ki, fabrikin istehsal keyfiyyəti və idarəetmə sistemi İSO 9001: 2008 və İSO 9001: 2015 beynəlxalq sertifikatlara layiq görülmşdür.

“Qardaşlar mebel”in bütün avadanlıqları müasir Avropa standartlarına uyğundur. Belə ki, avadanlıqların 80 faizi İtaliyanın dünyaca məşhur “GRİGGİO WoodworkingMachinery” şirkətindən alınmış, digər avadanlıqlar isə Türkiyənin “Durmazlar Makina”, “Reha Makina”, “Teksan makina”, “Sağlam Makina”, “Tempoaksesuar”, “Etiket Atölyesi” və “FetaEğitimAraçlarıMerkezi” kimi iri şirkətlərə aiddir. Qeyd edək ki, “Reha Makina” İngiltərənin RangeRover və Jaguar avtomobil brendləri ilə yaxından əməkdaşlıq edir.

Mebel dəstlərinin istehsalı zamanı çox keyfiyyətli ağac materiallarından, metal hissələrdən, mexanizmlərdən, boyalardan, dəri və parça üzlüklərdən, döşəklərdən istifadə olunur. Fabrikin tərkibində bir neçə iri istehsal korpusu fəaliyyət göstərir.Fabrikdə ofis, ev və bağ mebelləri ilə yanaşı, məktəb mebelləri, hərbi mebellər, səhiyyə mebelləri və bütün növ dəmir mebellər də istehsal olunur.

Mebel dəstlərinin yüksək keyfiyyətlə hazırlanmasına, vaxtında çatdırılmasına və tam məsuliyyətlə quraşdırılmasına təminat verilir. Fabrikə məxsus olan yük maşınları məhsulların güvənilir və təhlükəsiz qaydada çatdırılması sahəsində kifayət qədər təcrübəlidirlər. Odur ki, istehsal etdiyimiz istənilən malın keyfiyyətinə uzun müddətli zəmanətlər veririk.

Yerli istehlakçıların bizə rəğbət göstərməsi və keyfiyyətimizdən razı qalması bizi qürurlandırır və daha da həvəsləndirir. Onu da qeyd edim ki, ölkəmizdə bir çox dövlət müəssisələri öz maddi-texniki bazasını yeniləyərkən bizə etibar edirlər.

Bütün bunların qarşılığında, “Qardaşlar mebel” öz yenilikləri ilə müştəriləri sevindirmək, onlara keyfiyyətli və münasib qiymətlərlə məhsullar təqdim etmək üçün hər zaman böyük səylə çalışır.

- Mebel sahəsi elə bir sahədir ki, estetik görünüş və zövq tələb edir. Bu yönümdən baxsaq necə, “Qardaşlar Mebel” müştərilərin zövqünü oxşaya bilir?

- Müştərilərin zövqünü oxşaya bilmək üçün peşəkar dizayner komandası cəlb olunur, istehsal prosesi və fabrikin idarə olunmasının avtomatlaşdırılması ilə bağlı çox böyük işlər görülür.

Yaxın günlərdə “Qardaşlar mebel” öz brandbook-unu, loqosunu və internet səhifəsini (www.gardashlar.com) yeniləmiş, hətta “GrandMaster” adlı müəlliflik hüquqları özünə məxsus olan personaj (maskot) yaratmışdır. İnnovativ yenilikləri dəstəkləyən və hər daim özünü təkmilləşdirən “Qardaşlar mebel” müştərilərilərə “Təki siz istəyin...” sloqanı ilə səslənir. Fabrikin yeni internet səhifəsi artıq müştərilərin istifadəsinə verilmişdir və hər kəs oradakı elektron kataloq vasitəsilə fabrikə məxsus istehsal nümunələri ilə tanış ola bilər. Bundan əlavə, “Qardaşlar mebel”inÇağrı Mərkəzi hər zaman müştərilərə xidmət göstərməkdən məmnunluq duyur.

- Uğurlarınız və qarşıdakı hədəfləriniz bizim üçün maraqlıdır

2019-cu ildə “Buta Palace”da keçrilmiş 350-yə yaxın iş adamının, bir çox dövlət qurumlarının nümayəndələrinin, 20-yə yaxın xarici ölkənin Azərbaycandakı səfirlərinin, eləcə də Almaniya, Gürcüstan, Səudiyyə Ərəbistanı və Özbəkistandan olan bir qrup biznes nümayəndələrinin iştirak etdiyi “AzeriBusinessAward” milli mükafatlandırma tədbirində “Qardaşlar mebel” “İlin Mebel İstehsalçısı” nominasiyasına layiq görülmüşdür. Tədbirdən əvvəl keçirilmiş “Laureatların nailiyyətləri sərgisi”ndə fabrikə məxsus olan stend iştirakçılar tərəfindən böyük marağa səbəb olmuşdur.

“Qardaşlar mebel” öz müvəffəqiyyətini dünya səviyyəsində tanıtmağı və “MadeinAzerbaijan” brendi ilə Azərbaycan mebelinin dünya bazarlarına çatdırılmasını qarşısına hədəf qoymuşdur. Hazırda bu istiqamətdə çox ciddi işlər görülür və əminliklə deyə bilərik ki qısa zamanda bu hədəfə də çatacağıq.

- Müştərilər mebellərlə daha geniş şəkildə necə tanış ola bilər?

- Hazırda fabrikə məxsus 2 showroom mövcuddur ki, onlardan biri Bakı şəhəri, Həsən Əliyev 12A ünvanında, digəri isə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi şossesi 8Fünvanında yerləşir. Müştərilər rahatlıqla burada sərgilənən mebellərlə tanış ola bilər. Hər kəsi məhsullarımızın keyfiyyətini və yeniliklərimizi yaxından izləmək üçün showroom-a dəvət edirik.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi