Azərbaycanın Ermənistana qarşı işi üzrə dinləmələr keçirildi - Yenilənib

azerbaycanin-ermenistana-qarsi-isi-uzre-dinlemeler-kecirildi
Oxunma sayı: 2745

11:48

Bu gün Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanın Ermənistana qarşı işi üzrə ictimai dinləmələr keçirəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumat BMT-nin rəsmi saytında paylaşılıb.

Dinləmələr Azərbaycanın 2023-cü ilin yanvarın 3-ü Ermənistana müvəqqəti tədbirlərin təyin edilməsi ilə bağlı müraciətinə həsr edilib.

İrqi Ayrıseçkiliyin Bütün Formalarının Aradan Qaldırılması üzrə Beynəlxalq Konvensiya ilə bağlı (Azərbaycan Ermənistana qarşı) ictimai dinləmələr Haaqadakı Sülh Sarayında Coan Donoqyunun hakimliyi ilə baş tutacaq.

17:23

“The Washington Post”un məlumatına görə, Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov dinləmələr zamanı çıxış edərək bildirib ki, 2021-ci ilin dekabrından bu yana ermənilər tərəfindən basdırılan 2700-dən çox mina aşkarlanıb. 

Onun sözlərinə görə, Ermənistan tərəfindən yerləşdirilən minalar münaqişə nəticəsində öz evlərindən məcburi köçkün düşən azərbaycanlıların öz yurd-yuvalarına geri qayıtmasına əngəl törətmək üçün məqsədyönlü addımlardır. 

E.Məmmədov, həmçinin qeyd edib ki, müharibə başa çatdıqdan sonra 33-ü mülki şəxs olmaqla 282 azərbaycanlı minaların qurbanı olub.