Azərbaycanın Ermənistandakı “casusları” tutulub

azerbaycanin-ermenistandaki-casuslari-tutulub
Oxunma sayı: 642

“Qafqazinfo”nun “Novosti-Armeniya” saytına istinadən verdiyi xəbərə görə, Ermənistanın Baş Prokurorluğunun mətbuat xidmətindən bildirilib ki, məhkəmə prosesi zamanı əldə edilmiş sübutlar nəticəsində aydın olub ki, Ermənistanın 3 vətəndaşı K.Meqrabyan, R.Matevosyan və A. Çtrkyan Türkiyədə olarkən Azərbaycan xüsusi xidmət orqanlarından mükafat müqabilində əməkdaşlıq təklifi alıblar. Prokurorluğun məlumatına görə, onlara Ermənistan və Dağlıq Qarabağ Respublikası (qondarma) silahlı qüvvələri, komandir tərkibi, bölmələr və texnikanın sayı haqqında məlumat əldə etmək tapşırılıb.

Bundan başqa, məlum olub ki, Ermənistan vətəndaşları K.Petrosyan, A.Avetikyan və D.Avetikyan K.Meqrabyanın pul qarşılığında bu məlumatları toplamaq və Azərbaycan kəşfiyyat orqanlarına çatdırmağı öhdəsinə götürməsindən xəbərdar olsalar da bu barədə hüquq-mühafizə orqanlarına məlumat verməyiblər.

Hər 6 şəxs barədə Ermənistan cinayət məcəlləsinə uyğun olaraq cinayət işi başlayıb.

Səidə