Azərbaycanın “Eurovision” turu yekunlaşdı - Fotolar

azerbaycanin-eurovision-turu-yekunlasdi
Oxunma sayı: 3666

Azərbaycanı “Eurovision” mahnı müsabiqəsində təmsil edən Səmra Rəhimlinin promo-turlarına yekun vurulub.

Qafqazinfo” xəbər verir ki, müğənni promo-tur çərçivəsində Rusiya, İsrail, Malta və Serbiyada səfərdə olub.

Səfər zamanı müğənni konsert proqramlarında çıxış edib, sözügedən ölkələrin TV-lərinə müsahibələr verib.

S.Rəhimli İsraildə promo tur keçirən ilk azərbaycanlı ifaçı olaraq da tarixə düşüb.

Qeyd edək ki, 21 yaşlı ifaçı 10 May 2016-ci il tarixində keçiriləcək ilk yarımfinalda 14-cü nömrə altında “Eurovision” səhnəsinə çıxaraq, “Miracle” mahnısını ifa edəcək.