Sabah Ukraynanın paytaxtı Kiyev şəhərində Avropanın ən böyük musiqi yarışmasının birinci yarımfinalı keçiriləcək.
“Qafqazinfo” xəbər verir ki, Beynəlxalq Sərgi Mərkəzində baş tutan “Eurovision” şousunun iştirakçıları arasında son səsvermə keçirilib.
Müsabiqə ilə bağlı Ukraynada olan media nümayəndələrinin verdiyi ballar açıqlanıb. Səsvermədə birinci sırada İsveç təmsilçisi Robin Bengtsson( 73 bal) , ikinci Portuqaliya təmsilçisi Salvadro Sali (67 bal) , üçün sırada isə Azərbaycan təmsilçisi Dihaj (66) yer alıb.
Bundan əlavə, bukmeykerlər tərəfindən uğurlu müğənni kimi qələmə verilən Ermənistan təmsilçisi Artsvik siyahıda geriləyib. O, ilk yarımfinal məşqində top 3-lükdə olsa da, bu dəfə geriləyib.
Səbəb kimi onun ingilis dilində danışa bilməməsi və media ilə əlaqəsinin zəif olmasıdır.



Son xəbərlər
Son Xəbərlər