Azərbaycanın gənc vokalçısı İtaliya səfirilə görüşdü

azerbaycanin-genc-vokalcisi-italiya-sefirile-gorusdu
Oxunma sayı: 658

ANS PRESS-in məlumatına görə, görüşdə gənc vokalçı yaradıcılığı haqqında məlumat verib, 2011-ci ildə İtaliya keçirilən festivalda iştirakı, məşhur müğənni Robertino Loretti ilə yaradıcılıq əlaqələri haqqında danışıb.

Görüşdə Emin Eminzadənin vokal istiqaməti üzrə təhsilini İtaliyada davam etdirməsi də müzakirə olunub. E. Eminzadənin təhsili və gələcək fəaliyyətinə dəstək verməyə həmişə hazır olduqlarını deyən səfir bildirib ki, Azərbaycanda İtaliya Mədəniyyət Günlərinin keçirilməsi ilə bağlı hazırlıqlara başlanıb. Bu il keçirilməsi planlaşdırılan bu tədbir çərçivəsində R. Lorettinin Azərbaycana dəvət olunması və E. Eminzadə ilə birgə konsert poqramının keçirilməsi də arzuolunandır.