Prezident İlham Əliyevin tapşırığına əsasən, Azərbaycan Hökuməti adından İranda aramsız yağan yağışlar nəticəsində baş vermiş təbii fəlakətlə əlaqədar cari ilin aprel ayının 10-da həmin ölkəyə göndərdiyi humanitar yardım bu gün ünvana çatdırılıb və aidiyyəti üzrə təhvil verilib.
"Qafqazinfo" xəbər verir ki, ümumi dəyəri 950 min manat olan humanitar yardıma 166 ədəd mətbəx dəsti, 3 min ədəd yataq dəsti, 75 ədəd çadır, 150 ədəd müxtəlif parametrli su nasosu, 5 ədəd 4 metrlik rezin qayıq, 140 ədəd işçi geyimi, 320 xilasedici geyim dəsti və 200 ədəd xilasedici jilet, “Katerpiller” və “Komatsu” markalı 2 ədəd ekskavator daxildir.
Son xəbərlər
Son Xəbərlər