Azərbaycanın güləş hakimi Paris Yay Olimpiya Oyunlarında

azerbaycanin-gules-hakimi-paris-yay-olimpiya-oyunlarinda
Oxunma sayı: 1897

Azərbaycanın güləş hakimi Asif Şirəliyev ikinci dəfə Paris-2024 Yay Olimpiya Oyunlarına təyinat alıb.

“Qafqazinfo” Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, ölkəmiz növbəti dəfə hakimlərin timsalında da olimpiadada təmsil olunacaq.

I-S kateqoriyalı referi Asif Şirəliyev ilk dəfə Tokio-2020-də debüt edib. 43 yaşlı hakim bu dəfə Paris-2024-də görüşləri idarə edəcək. Dünya Güləş Birliyi (UWW) geridə qalan yarışlarda idarəçiliyi qiymətləndirərək, həmyerlimizə məsul yarışda etimad göstərib.

Qeyd edək ki, ümumilikdə 39 referi qarşıdan gələn olimpiadada iş başında olacaq.