Azərbaycanın hərbi tibb personalı Türkiyəyə yola düşdü - Foto

azerbaycanin-herbi-tibb-personali-turkiyeye-yola-dusdu
Oxunma sayı: 3733

Azərbaycan Ordusunun bir qrup hərbi tibb personalı Türkiyəyə yola düşüb.

Bu barədə "Qafqazinfo"ya Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən, iyirmi nəfərdən ibarət heyət baş vermiş zəlzələdə xəsarət alan insanlara kömək etmək məqsədilə qardaş Türkiyədə fəaliyyət göstərəcək.